Luis Felipe Skolari istefa verdi
14 İyul 2014 Bazar Ertəsi 10:49
Dünya çempionatında ilk üçlüyə düşə bilməyən Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib.
ANS PRESS-in məlumatına görə, “sambaçılar” Hollandiyaya 0:3 hesabı ilə məğlub olduqdan sonra mətbuat konfransı keçirən baş məşqçi özünün, köməkçilərinin və texniki direktor Karlos Alberto Parreyranın istefaya göndərildiyini açıqlayıb.

Qeyd edək ki, Braziliya yığması bu dünya çempionatında böyükhesablı məğlubiyyətlərlə yadda qalıb. Komanda yarımfinalda Almaniyaya 1:7 hesabı ilə məğlub olub. Hollandiyaya isə 0:3 hesabı ilə uduzan Braziliya yığması heç ilk üçlüyə də daxil ola bilməyib. Braziliyanın bu uğursuzluğu azarkeşlərin də kəskin reaksiyasında səbəb olmuşdu. Hətta onlar braziliyalı futbolçuları döyməyə də cəhd etmişdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar