Luiş Fabiano İngiltərədə peyda ola bilər
11 May 2010 Çərşənbə Axşamı 16:50
"Tottenhem" futbolçunu almaq üçün "Sevilya"ya 20 milyon təklif edəcək.
“The Daily Mail” qəzetinin məlumatına görə, İngiltərənin “Tottenhem” klubu heyətinə braziliyalı futbolçu Luiş Fabianonu cəlb etmək fikrindədir. Bu mövsüm uğurlu çıxışı ilə Çempionlar Liqasında iştirak etmək hüququ qazanan “Tottenhem” Luiş Fabiano üçün “Sevilya”ya 20 milyon avro təklif edəcək.

Xatırladaq ki, Luiş Fabiano 2005-ci ildə Portuqaliyanın “Portu” klubundan “Sevilya”ya transfer olunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar