Lui Van Qaal millidən gedir
01 İyun 2013 Şənbə 05:48
Hollandiya milli komandasının baş məşqçisi Lui Van Qaal Dünya Çempionatından sonra karyerasını başa vuracaq.
Hollandiya milli komandasının baş məşqçisi Lui Van Qaal 2014-cü ildə baş tutacaq Dünya Çempionatından sonra karyerasını başa vuracaq. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis keçirdiyi mətbuat konfransında belə deyib.

O, bu qərarın qəti olmadığını da bildirib: "DÇ-2014"dən sonra karyeramı başa vurmağı düşünürəm. Ancaq bu son qərarım deyil. Əgər İngiltərə Premyer Liqasından təklif alsam, bunu maksimum dəyərləndirəcəm”.

Məşqçi bildirib ki, milli komandanı çox sevir: “Lakin daha bir dəfə uğursuzluğa düçar olsam, o zaman əsla milli komandada işləməyəcəm".

Qeyd edək ki, Van Qaal 2012-ci ildən Hollandiya millisini çalışdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar