Luçesku Şaxtyor klubunda qalası oldu
31 Mart 2013 Bazar 18:28
Rumıniyalı mütəxəssis Mirça Luçesku Donetsk klubu Şaxtyor ilə müqaviləsini yeniləyib.
Mirça Luçesku "Şaxtyor"la müqavilə təzələyib. Apasport.az saytının xəbərinə görə, rumın çalışdırıcı daha 2 il Ukrayna klubunda qalmağa razılıq verib.
Donetsk təmsilçisindən verilən rəsmi açıqlamaya əsasən, klub prezidenti Rinat Ahmetovla Luçeskunun təkbətək görüşündən sonra bu qərar alınıb. Ahmetovun açıqlamasına baxaq: "Müqavilənin maddi tərəfinə toxunmadıq. Çünki pul nə mənim üçün, nə də Luçesku üçün əhəmiyyətlidi. Mənim üçün önəmli olan bu komandanın bütün uğurları qazanması və bir addım da irəli getməsidi. Mirça mənə azarkeşləri, oyunçuları sevdiyini, birlik olaraq bütün hədəflərə çata biləcəyimizi dedi. Daha sonra imzalar atıldı".
Qeyd edək ki, Luçesku "Şaxtyor"u 2004-cü ildən çalışdırır. O, bu müddət ərzində "şaxtaçılar"a içində UEFA kuboku və Ukrayna çempionluqlarının olduğu 15 kubok qazandırıb.
DOSTLARINLA PAYLAŞ: