London Yay Olimpiadasına daha bir şans
02 İyul 2011 Şənbə 19:53
Taekvondoçumuz Ramin Əzizov London Yay Olimpiya Oyunlarına Azərbaycanın üçüncü lisenziyasını qazandı.
Bakıda taekvondoçuların London Olimpiadasında iştirak etmək üçün beynəlxalq təsnifat turnirində Azərbaycan idmançısı Ramin Əzizov finala vəsiqə qazanıb. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı yarımfinalda Pekin Yay Olimpiya Oyunlarının mükafatçısı, İtaliya idmançısı Mauro Sarmienteni 8:3 hesabı ilə məğlub edərək finala yüksəlib və ölkəmiz üçün 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı təmin edib.
Xatırladaq ki, ilk olaraq Dmitri Marşin çəkicatma yarışlarında və Fəridə Əzizova (67 kq) taekvondo idman növündə ölkəmizə lisenziya qazandırıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: