"London Olimpiya oyunlarında minimum 9 medalımız olmalıdır"
20 May 2011 Cümə 14:42
Azad Rəhimov Rusiya kanalına müsahibəsinddə belə deyib
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Rusiyanın 24-cü kanalı və Yekaterinburq vilayətində yayımlanan kanalı üçün hazırlanan “Azərbaycana yol” verilişinin çəkilişi üçün ölkəmizə səfərə gəlmiş jurnalistlərə müsahibə verib. Azərbaycan Gənclər və İdman Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ilk olaraq nazir Gənclər və İdman Nazirliyinin tarixi, gənclər və idman sahəsində bu günədək görülən işlər, “2011-2015-ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramı”, “Gənclər haqqında Qanun” və digər mövzulardan danışıb. Azad Rəhimov qeyd edib ki, bu gün Azərbaycanda 1 milyon qaçqın var. Qaçqın gəncləri cəmiyyətdən ayırmaq olmaz deyən nazir, onlar üçün müxtəlif səpkili layihələrin həyata keçirildiyini, istedadlı gənclərin üzə çıxmaları üçün müxtəlif müsabiqələrin gerçəkləşdirildiyini ifadə edib.

Təhsil sahəsinə də toxunan Azad Rəhimov deyib ki, bu gün təhsil, kompüter, dil bilikləri hər bir gəncin inkişafı üçün ən önəmli amillərdən biridir: "Bu gün biz, gənclərin məsafədən (distance) təhsil almaları üçün yeni layihələr işləyib hazırlayırıq”.

İdmandan da danışan nazir, Azərbaycanın hazırda London olimpiadasına hazırlaşdığını bildirib

“Hal hazırda biz London olimpiadasına hazırlaşırıq. Əgər Atlanrada medallarımızın sayı 1, Sidneydə 3, Afinada 5, Pekində 7 idisə, təbii ki, London Olimpiya oyunlarlnda minimum 9 olmalıdır. Bu gun biz fəxr hissi ilə ölkəmizdə ilbəil sayı artan Olimpiya İdman Komplksləri (OİK), beynəlxalq səviyyəli yarışlar, qazanılan medallar haqda da danışa bilərik”, deyə A. Rəhimov qeyd edib.

Regionlarda tikilən OİK ilə bağlı suala nazir belə cavab verib ki, bu, Ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən ən gözəl siyasət idi: “Məhz Bakı şəhərində idmanın inkişafı üçün çox böyük işləri görüb qurtarandan sonra, regionlarda da bu fəaliyyətə başlamaq olardı. Amma regionlarda da idman infrasitrukturunu genişləndirməklə, idmanla məşğul olan gənclərin sayını artırmış olub, daha bötük uğurlar əldə edə bilirik..”

A. Rəhimov bu gün Azərbaycanda güləş, cüdo, boks evlərinin tikildiyini, gimnastika mərkəzinin, hovuz kompleksinin əsasının qoyulduğunu vurğulayıb.

“Azərbaycanda çox güclü güləş, cüdo məktəbi var. Amma əfsuslar olsun ki, güləş, cüdo evi yoxdur. Biz bu istiqamətdə də işlərimizi davam etdiririk”, deyə nazir əlavə edib.










DOSTLARINLA PAYLAŞ:

oyunlar