London Olimpiya kəndində Azərbaycan bayrağı qaldırıldı
25 İyul 2012 Çərşənbə 16:54
İdmançılarımız dünyanın ən mötəbər yarışına son hazırlıqlarını görürlər.
"London Olimpiya kəndində Azərbaycan bayrağı qaldırıldı". Bu barədə məlumatı ANS PRESS-ə Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri, hazırda Londonda olan Səmayə Məmmədova verib. Onun sözlərinə görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Olimpiadada yığmamızın şef-de-missionu İlham Mədətov, Azərbaycanın İngiltərədki səfiri Fəxrəddin Qurbanov, idmançılar və rəsmilər iştirak ediblər.

Mərasimdə Azərbaycan himni səsləndirilib, bayrağı qaldırılıb. Bundan sonra İlham Mədətov səhnəyə çıxaraq Olimpiya kəndinin rəsmisinə çərcivəyə salınmış, üzərində milli ornamentlər olan Azərbaycan xalçası təqdim etdi.

Bundan sonra İlham Mədətov Olimpiya kəndində olan ölkələrdən gələnlərin arzularını yazmaq üçün olan lövhələrə öz arzularını qeyd edib.

Xatırladaq ki, Azərbaycan XXX Yay Olimpiya Oyunlarında 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar