London Olimpiadasını Pol Makkartni açacaq
07 Dekabr 2011 Çərşənbə 11:27
Planetin əsas yarışının açılışını etmək məşhur britaniyalı musiqiçiyə nəsib olacaq.
Britaniyanın paytaxtı Londonda iyulun 27-dən avqustun 12-nə qədər keçiriləcək 2012-ci il Yay Olimpiya Oyunlarının təşkilatçıları musiqiçi ilə bağlı qərar veriblər. Planetin əsas yarışının açılışını etmək məşhur britaniyalı Pol Makkartniyə nəsib olacaq. Bu barədə Britaniya KİV-i xəbər verib.

Tədbirin təşkilatçıları mərasimə The Rolling Stones, Led Zeppelin və Rinqo Starranı cəlb etmək istəsələr də, onlar açılış konsertində çıxış etmək istəməyiblər.

Yalnız Makkartni öz razılığını verib. Pol özü deyib ki, bu konsert onu ruhlandırıb, amma hələ ki, şou və mahnı seçimini təsdiqləməyib.

Britaniyalı jurnalsitlər Pol Makkartni ilə yanaşı, Girls Aloud, Spice Girls, Coldplay və Muse kimi muqisiçilərin adlarını çəkirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar