London Olimpiadasında dopinq qalmaqalı
30 İyul 2012 Bazar Ertəsi 10:45
Özbək gimnast Luiza Qaliulina Olimpiadadan uzaqlaşdırıldı.
Beynəlxalq Olimpiya Komitəsi Özbəkistandan olan qadın gimnast Luiza Qaliulinanı dopinq qəbul etdiyinə Olimpiadadan kənarlaşdırıb. Gimnastın qanında qadağan edilmiş sidikqovucu furosemid maddəsi aşkar edilib.
İkinci Olimpiadasında iştirak edən 20 yaşlı Luiza Qaliulina ötən ay ürək dərmanları qəbul etdiyini və rahat yatmaq üçün bitki çayları qəbul etdiyini iddia etsə də, Beynəlxalq Olimpiya Komitəsi onun iddialarını təsdiqləməsi üçün əsaslı dəlillər olmadığından, onu Olimpiadadan kənarlaşdırıb.
DOSTLARINLA PAYLAŞ: