London-2012-nin yeni talismanı təqdim olunub
06 Sentyabr 2011 Çərşənbə Axşamı 11:24
2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarının təşkilatçıları yarışın daha bir talismanını təqdim edib.
Apasport.az saytının məlumatına görə, Olimpiadanın sayca 3-cü talismanı şir olub.
“Prayd” adlı talisman hərəsinin 1 gözü olan personajlar Uenlok və Mandevil haqda tam müsbət fikir formalaşmadığından “dünyaya gəlib”. Belə ki, britaniyalıların heç də hamısı bu qəribə talismanları tam qəbul etmək istəməyib. Buna görə də təşkilatçılar hamının tanıdığı heyvanların şahına da ehtiyac duyub. 11 min sayda müxtəlif məhsul və suvenir qismində satışa çıxarılacaq “Prayd” proqnozlara əsasən 130 milyon dollardan artıq qazanc gətirməlidir.
DOSTLARINLA PAYLAŞ: