London-2012: ABŞ liderliyi Çindən təhvil aldı
04 Avqust 2012 Şənbə 10:26
ABŞ yığması Olimpiadada 21 qızıl medal qazanıb.
London Olimpiadasının yeddinci yarış günündən sonra artıq ABŞ qazanılan medalların sayına görə, Çin yığmasından vahid liderliyi ələ alıb. ANS PRESS-in məlumatına görə, bu ölkənin yığmasını hazırda Çin və Cənubi Koreya izləyir.

ABŞ komandası aktivinə 21 qızıl, 10 gümüş və 12 bürünc medal qazanıb. Çin isə 20 qızıl, 13 gümüş və 9 bürünc medal əldə edib. Cənubi Koreyalı idmançılar Olimpiadada 9 qızıl, 2 gümüş və 5 bürünc qazanıblar.

Ev sahibi Böyük Britaniya yığması son günlər velosiped idmanı növündə qazandığı qızıl medallarla 4-cü pilləyə yüksəlib. Dumanlı Albion təmsilçilərinin aktivində 8 qızıl, 6 gümüş və 8 qızıl medal var.

Azərbaycan yığması isə hazırda 46-cı yerdə gedir. Komandamızın aktivində hələ ki, bir bürünc medal var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar