Lokomotiv yoluna davam edir
29 Fevral 2012 Çərşənbə 21:29
Komandamız Lokomotiv "Çağırış Kuboku"nun 1/4 final mərhələsinin cavab görüşündə Polşanın "Kralova Polya"sını məğlub edib.
"Çağırış Kuboku"nun 1/4 final mərhələsinin cavab görüşündə Bakının "Lokomotiv" klubu Polşanın "Kralova Polya"sını qəbul edib. ANS PRESS-in məlumatına görə, ilk görüşdə səfərdə 2-3 hesabı ilə məğlub olan voleybolçularımız rəqibinə heç bir şans verməyərək hər 3 setdə qələbə qazanıb.

Ümumi hesab bərabərləşdiyindən matçın taleyi “Qızıl set”də həll olunub. Bu setdə də voleybolçu qızlarımız qalib gələrək Avropa "Çağırış Kuboku"nun yarımfinal mərhələsinə yüksələ bilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar