Lokomotiv növbəti mərhələyə vəsiqə qazandı
15 Dekabr 2010 Çərşənbə 23:40
Azərbaycan təmsilçisi Bakıda "Omiçka" klubunu 16:14 hesabı ilə məğlub edib
“Sərhədçi” Olimpiya İdman Mərkəzində qadın voleybol komandaları arasında Çellenc Kuboku yarışlarının ikinci turunun cavab oyunları çərçivəsində Bakının “Lokomotiv” klubu “Omıçka” komandasını qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun 3:0 (25:16, 25:23, 26:24) hesabı ilə Azərbaycan voleybolçularının xeyrinə başa çatıb.

Yarışın əsasnaməsinə görə, növbəti mərhələyə vəsiqə qazanan komanda tay-brekdə müəyyənləşib. Bu setdə “Lokomotiv” rəqibini 16:14 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar