Lokomotiv" Bakıda "Split"i darmadağın etdi.
18 Yanvar 2012 Çərşənbə 19:57
Voleybolçularımız inamlı qələbə sayəsində Çellenc Kubokunun növbəti mərhələsinə vəsiqə qazanıb.
Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün Çellenc Kubokunda 1/16 final mərhələsinin cavab oyununa çıxıb. Təmsilçimiz Xorvatiya “Split”i ilə qarşılaşıb.

Qeyd edək ki, təmsilçimiz bu mərhələyə Macarıstan “Vaşaş”ı üzərində qazandığı zəfər sayəsində yüksəlmişdi. Bu dəfə isə “dəmiryolçular” eyni aqibəti xorvatlara da yaşadıblar.

1/8 finala çıxmaq yolunda “Lokomotiv” ilk matçını səfərdə keçirmişdi. Həmin görüş təmsilçimizin inamlı qələbəsi ilə bitmişdi – 3:0. Bu üzdən eyni uğuru Bakıda da təkrarlamaqla, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmək mümkün olacaqdı. Gözlənildiyi kimi, təmsilçimiz rəqibini yenə darmadağın edib. Bu isə "Lokomotiv"in növbəti mərhələyə vəsiqə qazanması deməkdir.

Çellenc kuboku
1/16 final (cavab oyunu)

Lokomotiv - Split - 3:0 (25:15, 25:10, 25:18)



DOSTLARINLA PAYLAŞ:

oyunlar