"Lokomotiv" "Apollon"a heç bir şans vermədi
01 Fevral 2011 Çərşənbə Axşamı 22:45
Voleybolçularımız Bakıda qələbə qazanıb
Fevralın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində qadın voleybol komandaları arasında Çellenc kuboku yarışlarının 1/8 final mərhələsinin ilk qarşılaşması olub. Bakının “Lokomotiv” klubu Kiprin “Apollon” komandasını qəbul edib.

Azərbaycan voleybolçularının üstünlüyü ilə keçən qarşılaşma 3:0 (25:19, 25:15, 25:18) hesabı ilə “Lokomotiv”in xeyrinə başa çatıb.

Komandalar arasında cavab oyunu fevralın 8-də Kiprdə keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar