“Liverpul” “Çelsi”nin ı təklifi ilə razılaşdı
01 Fevral 2011 Çərşənbə Axşamı 01:00
Transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış Fernando Torres “Çelsi”nin oyunçusu olacaq
İngiltərənin “Liverpul” klubu “Çelsi”nin hücumçu Fernando Torresin transferi ilə bağlı təklifini qəbul edib və onun əvəzinə “Nyukasl”ın hücumçusu Kerrolu alıb.

“Liverpul”un saytında yerləşdirilən məlumata görə, “qırmızılar” “Çelsi”ilə kompensasiyanın məbləğini razılaşdırıblar və “zadəganlar”ın Torresin özü ilə danışıqlar aparmasına icazə veriblər. Beləlielə, transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış Fernando Torres “Çelsi”nin oyunçusu olacaq. Roman Abramoviçin klubu futbolçu üçün 50 milyon funt ödəyəcək.

“Liverpul” isə onun əvəzinə iki hücumçu - “Ayaks”dan uruqvaylı Luis Suaresi və “Nyukasl”dan Endi Kerrolu alıb. Sonuncunun müqabilində “Liverpul” üçün rekord məbləğ - 35 milyon funt ödənilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar