Lisenziya xarakterli Dünya çempionatı Bakıda keçiriləcək
08 Dekabr 2010 Çərşənbə 12:40
Boksçularımız bu yarış ərəfəsində ölkə birinciliyində mübarizə aparacaqlar
Bakı İdman Sarayında boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürəcək. Yarışa dekabrın 21-də start veriləcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, milli komandaya seçim xarakteri daşıyan yarışda ölkənin ən güclü boksçuları iştirak edəcək. Azərbaycan çempionatında 10 çəki dərəcəsində 150-ə yaxın dəri əlcək ustasının mübarizə aparması gözlənilir.

Yarışda WSB liqasında mübarizə aparan “Baku Fires” klubunun yerli boksçuları da öz gücünü sınayacaq. Turnirin qaliblərinin adı dekabrın 25-də məlum olacaq. Azərbaycan çempionatının həmişəki kimi yanvarda yox, bu ilin dekabrında təşkil olunması 2011-ci ildə lisenziya xarakterli yarışların keçirilməsi ilə bağlıdır.

Xatırladaq ki, gələn il London Olimpiadasına lisenziya verən Dünya çempionatı Bakıda keçiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar