Lionel Messi “Barselona”da 100-cü qolunu vurdu
17 Yanvar 2010 Bazar 04:00
Lionel Messi “Barselona”nın tarixində 100-cu qolunu vuran ən gənc futbolçudur.
“Barselona”nın argentinalı hücumçusu Lionel Messi kataloniya klubunun heyətində 100-cu qolunu vurub.
Lionel Messi 100-cü, ardınca isə 101-ci qoluna “Sevilya”ya qarşı oyunda imza atıb. Oyun “Barselona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb, Lionel Messi isə dubl edib. Argentinalı hücumçu hər iki qolu oyunqun son beş dəqiqəsi ərzində vurub.

22 yaşlı Lionel Messi “Barselona”nın tarixində 100-cu qolunu vuran ən gənc futbolçu olub. Bu mövsümdə argentinalı futbolçu 18 oyunda 14 qol vurub. Ustəlik, o, son iki oyunda beş dəfə fərqlənib.

Yeri gəlmişkən, “Sevilya” üzərində qələbə “Barselona”ya turnir cədvəlindəki ən yaxın qonşusu “Real”dan beş xal uzaqlaşmağa imkan verib. 18 turun nəticələrinə görə, “Barselona”nın 46, “Real”ın isə 41 xalı var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar