Linkoln Türk vətəndaşı olmaq istəyir
14 Mart 2009 Şənbə 13:45
"Qalatasaray"ın braziliyalı futbolçusu Kassio Linkoln Türkiyə vətəndaşlığını qəbul edərək, Türkiyə milli komandasında oynamaq istədiyini bildirib

"Qalatasaray"ın braziliyalı ulduz futbolçusu Kassio Linkoln, UEFA Kuboku 1/8 final mərhələsi çərçivəsində "Hamburq"la keçirilən qarşılaşmadan sonra alman jurnalistlərə verdiyi açıqlamda Türkiyə vətəndaşı olmaq istədiyini bildirib. "Hamburger Abendblatt"ın xəbərinə görə, Linkoln Türkiyədə çox xoşbəxt olduğunu, xüsusilə də İstanbulu çox sevdiyini deyib. Ulduz futbolçu Türkiyə vətəndaşlığını almaq üçün müraciət edəcəyini açıqlayıb. Linkoln Türkiyə milli komandasında oynamaq istədiyini də qeyd edib./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar