Liderlər xal itirdi, "Neftçi" zirvəyə şərik oldu
21 Avqust 2010 Şənbə 23:50
İlk het-trikin müəllifi bəlli olub
Bu gün Unibank Premyer Liqasında 3-cü turun oyunlarına start verilib. Turun ilk oyun günündə 3 qarşılaşma baş tutub ki, öncə meydana ikinci ev oyununa çıxan “Gəncə” “Xəzər Lənkəran” və “İnter”lə yanaşı çempionata şərikli liderlik edən AZAL-ı qəbul edib. Keçmiş oyunçusu Junivan Suaresin qoluna cavab verməyi bacaran "təyyarəçilər"in bundan artığına gücü çatmıyınca, cari mövsümdə ilk xal itkisiylə üzləşiblər (1:1). Günün növbəti oyununda isə digər liderlər, "Xəzər Lənkəran" - "İnter" öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər. Lakin onlar da öz aralarındakı oyunda xal itirməklə, qolsuz heç-heçəyə razılaşıblar (0:0). Nəhayət ilk oyun günündəki son görüşdə liderlər qrupunda qərarlaşmağa çalışan “Neftçi” “Simurq”u qəbul edib. Rəqib qapısından 4 cavabsız top keçirməklə, cari mövsümün ən böyükhesablı qələbəsini qazanan "ağ-qaralar"ın hücumçusu Bahodir Nasimov isə ilk het-trikin müəllifinə çevrilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar