Lider taxtdan salına bilər
23 Aprel 2010 Cümə 10:40
Unibank Premyer Liqasında birinci və ikinci yerlərin sahibi olan klublar üz-üzə gəlirlər.
Bu gün Unibank Premyer Liqasında XXIV turun oyunlarına start verilir. Bu tur çempionluq uğrunda mübarizə aparan “Xəzər Lənkəran” – “İnter” klubları arasında matçla yadda qalacaq. Turun digər maraqlı qarşılaşması isə “Bakı” və “Neftçi” arasında oynanılacaq.

XXIV turun bu gün oynanılacaq digər matçları isə bunlardır: “Olimpik-Şüvəlan” – “Simurq”, “Turan” – “Standard”.

Xatırladaq ki, arxada qalmış XXIII turdan sonra turnir cədvəlinə “Xəzər Lənkəran” 25 xalla başçılıq edir. “İnter” 24 xalla ikinci, “Bakı” isə 23 xalla üçüncü yerdə qərarlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar