Leysan İtaliya çempionatının oyununu yarımçıq qoydu
15 Yanvar 2012 Bazar 03:13
“Kataniya” və “Roma” klublarının qarşılaşması baş tutmayıb.
Güclü leysan İtaliya çempionatında “Kataniya” və “Roma” klublarının qarşılaşmasının əvvəlcə yarımçıq dayandırılmasına, sonra isə təxirə salınmasına səbəb olub. ANS PRESS-in məlumatına görə, hakim 67-ci dəqiqədə oyunu dayandırıb və komandaları 1:1 hesablı heç-heçə ilə soyunub-geyinmə otağına göndərib. Sonra isə hakimin qərarı ilə oyun təxirə salınıb.
Oyunun 24-cü dəqiqəsində hesabı meydan sahiblərinin müdafiəçisi Nikola Legrottalye açıb. Bundan 5 dəqiqə sonra isə romalıların yarımmüdafiəçisi Daniele de Rossi tarazlığı bərpa edib.
Oyunun yenidən keçiriləcəyi vaxt daha sonra müəyyən ediləcək.
DOSTLARINLA PAYLAŞ: