Leonardo rəsmən “İnter”in başına keçdi
25 Dekabr 2010 Şənbə 02:35
Dünyanın klub çempionu cəmi bir mövsüm baş məşqçilik təcrübəsi olan braziliyalıya tapşırıdı
2009-2010-cu il mövsümündə “Milan”ın baş məşqçisi olmuş braziliyalı Leanardo “İnter” futbol klubunun baş məşqçisi postuna gətirilib. Bu barədə məlumat klubun rəsmi internet səhifəsində yerləşdirilib.

41 yaşlı futbol mütəxəssisi ilə 2012-ci ilin iyununadək müqavilə bağlanması “İnter”in sahibi Masimmo Moratti Rafael Benitesi istefaya göndərəndən cəmi bir gün sonra elan edildi. Ötən yaya komandanı çalışdıran ispaniyalı mütəxəssisə dünya klub çempionatındakı qələbə də kömək etmədi.

1994-cü ildə Braziliya millisinin heyətində dünya çempionu olmuş Leonardo 1997-2001-ci illərdə “Milan”da yarımmüdafiəçi kimi çıxış edib. O, karyerasını başa vurduqdan sonra agentlik fəaliyyəti ilə məşğul olub. Leonardo 2009-cu ildə “Milan”ın baş məşqçisi postunda Karlo Ançelottini əvəz edib. O, 2009-2010-cu il futbol mövsümündə ilk dəfə baş məşqçi işləyib.

“İnter” İtaliya çempionatında 17 turdan sonra yeddinci pillədədir və “Milan”dan 13 xal geri qalır. Amma “İnter”in ehtiyatda iki oyunu da var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar