Lənkəranlıların yeni yarımmüdafiəçisi Stanku Stelian
29 İyul 2010 Cümə Axşamı 20:45
Stanku Stelian iki illik müqaviləyə imza atıb.
Rumıniyalı futbolçu Stanku Stelian “Xəzər Lənkəran” klubuna keçməsi ilə əlaqədar iki illik müqavilə imzalayıb. 28 yaşlı müdafiəçi ilə klub arasında müqavilə bu gün imzalanıb.

Stanku Stelian futbolda peşəkar karyerasını 18 yaşından başlayıb. Belə ki, indiyənəcən bu futbolçu ölkəsinin Premyer liqasında təmsil olunan 5 klubda oynayıb: “Astra Ploeşti” (Ploeşti), “Sportu Studentesc” (Buxarest), “Styaua” (Buxarest), “Poli Timişoara” (Timişoara) və “FC Braşov” (Braşov).

S.Stelian “Styaua” və “Poli Timişoara” komandalarında oynayan zaman bu klublar Rumıniya çempionatlarını ikinci yerdə bitiriblər, adı çəkilən sonuncu klub isə hətta ölkə kubokunu qazanıb.

“Xəzər Lənkəran”ın yeni yarımmüdafiəçisi evlidir, bir qızı var. Doğma dilindən başqa ingilis dilini də bilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar