Lənkəranlı azarkeşlər futzal klubu yaradıb
13 Mart 2011 Bazar 16:42
"Fırtına" komandası Azərbaycan çempionatının I dəstəsində çıxış edəcək.
Lənkəranın azarkeş ordusu bundan sonra futzal komandasıyla təmsil olunacaq. Ölkənin ən aktiv fanat kütləsi üçün futbolla yanaşı, futzal həyəcanı başlayır. "Xəzər Lənkəran" azarkeşlərinin Bakı fan-klubu kimi tanınan "Fırtına" futzal üzrə Azərbaycan çempionatının 1-ci dəstəsində çıxış edəcək.

"Fırtına" adı ilə çempionatda iştirak edəcək klubu 2009-cu ildə "Xəzər Lənkəran"ın vitse-prezidenti olmuş və öz istəyi ilə istefa vermiş Rəvan Bəşirov idarə edəcək. 16 futzalçıdan ibarət komandanın baş məşqçisi Elşən Ağaverdiyev, kapitan isə Azad Abbasovdur. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar