Lənkəranda qızlar üçün futbol həftəliyi keçirilib
29 İyul 2011 Cümə 14:50
Lənkəran Şəhər Uşaq-Gənclər İdman Məktəbində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı və ABŞ-ın Sülh Korpusu ilə “Accessbank”ın maliyyə dəstəyi ilə keçirilən qızların futbol həftəsi bu gün başa çatıb.
ABŞ-ın Sülh Korpusunun könüllüsü Amy Kingin APA-nın cənub bürosuna verdiyi məlumata görə, tədbirin keçirilməsinin əsas məqsədi qızlarda futbola marağın artırılmasından ibarət olub. Həftə ərzində təlim-məşq toplantılarına 8 yaşdan 16 yaşa kimi 20-dək qız cəlb olunub. Bu müddətdə məşqçi Xalid Ağayevin rəhbərliyi ilə qızlar futbolun texnikasına yiyələnmək imkanı qazanıblar.
X. Ağayev APA-ya qızlardan ibarət komandanın gələcəkdə respublika əhəmiyyətli yarışlara qatılacağını bildirib. Sonda bütün iştirakçılara təşkilat komitəsinin sertifikatları verilib.
Qeyd edək ki, analoji tədbirin respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar