Lənkəranda boks turniri keçirilir
15 İyun 2011 Çərşənbə 16:48
Lənkəran rayonunun Liman şəhərində yerləşən Cənub Regional Boks Mərkəzində Qurtuluş gününə həsr olunmuş rayonlararası boks turnirinə start verilib.
APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Astara Gömrük İdarəsinin təşəbbüsü ilə keçirilən yarışda respublikanın 9 rayonunu təmsil edən 12 komandanın tərkibində 110 nəfərədək idmançı iştirak edir. Yarışın açılış mərasimini giriş sözü ilə açan Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov Qurtuluş günü münasibətilə yarış iştirakçılarını təşkilat komitəsi adından təbrik edib. Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov və Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Qeyd edək ki, üç gün davam edəcək yarışlarda qaliblərə fəxri diplom , medal və xatirə hədiyyələri təqdim olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: