Lənkəran otu bəyənilmədi
12 Avqust 2011 Cümə 20:51
Azərbaycan-Qazaxıstan matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Sentyabrın 6-da Lənkəranda futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Qazaxıstan yığmaları arasında görüş keçirilməli idi. AFFA-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Lənkəran stadionunun ot örtüyü pis vəziyyətdə olduğundan və sentyabrın 6-dək (oyun gününədək) onun bərpasının qeyri-mümkünlüyü ilə əlaqədar, oyununun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunması ilə bağlı qərar qəbul edilib.

Məlumata görə, ot örtüyü haqqında rəyi meydançanın yoxlanılması üçün xüsusi olaraq dəvət edilmiş Böyük Britaniyanın "STRİ" şirkətinin mütəxəssisləri səsləndiriblər. Britaniyalılar 6-dək ot örtüyünün lazımı səviyyəyə çatdırılmasının mümkün olmadığını bildiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar