Leandro Qomeş Azərbaycanı tərk etdi
12 Noyabr 2009 Cümə Axşamı 18:45
Leandro Qomeş "Karvan"dan getdi
Azərbaycanın “Karvan” klubunun braziliyalı hücumçusu Leandro Qomeş daha Yevlax komandasında çıxış etməyəcək. 33 yaşlı hücumçu ailə vəziyyəti ilə əlaqədar olaraq vətəninə yollanıb. O, “Karvan”da xərclik kimi aldığı pulun bir hissəsini artıq kluba qaytarıb.
Qeyd edək ki, bir müddət əvvəl yarımmüdafiəçi Andre Ladaqa komandanı tərk etmişdi. Hər iki futbolçu bu yaxınlaradək Azərbaycan yığmasında çıxış edirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: