Layeş Abdullayeva Kanadada bürünc medal qazandı
20 İyul 2010 Çərşənbə Axşamı 23:20
Layeş Abdullayeva Keniya və Efiopiyalı rəqiblərindən geri qalıb.
Kanadada keçirilən gənc atletlərin dünya çempionatında Azərbaycan təmsilçisi Layeş Abdullayeva bürünc medal qazanıb.

3 kilometr məsafəyə qaçışda təsnifat yarışlarını 2-ci yerdə başa vurmuş Abdullayeva, final mərhələsində mükafatçılar siyahısına düşə bilib. Həlledici mərhələdə təmsilçimiz ancaq Keniya və Efiopiyalı rəqiblərindən geri qalıb.

Qeyd edək ki, Dünya çempionatında daha bir təmsilçimiz bacarığını nümayiş etdirəcək. 3 təkanla tullanma yarışlarında Murad İbadullayev qüvvəsini sınayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar