Latviya London Olimpiadasında iştirakdan imtina edə bilər
13 İyul 2011 Çərşənbə 02:52
Ölkənin Olimiya oyunlarına hazırlaşmaq üçün maliyyə imkanları məhduddur.
Latviya maliyyə problemləri üzündən 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında iştirakdan imtina edə bilər. Bu bəyanatı Latviya Olimpiya Komitəsinin prezidenti Aldons Vrublevskis LNT telekanalının efirində verib. Onun sözlərinə görə, Olimpiadaya yalnız real medal şansı olan 5-10 ən güclü idmançının göndərilməsi barədə qərarın qəbul olunacağı istisna deyil.

“2012-ci il büdcəsi hazırlanarkən hökumət dövlət kapitalı payı olan müəssisələrə idmana ianələrin ayrılmasının qadağan edilməsi məsələsini nəzərdən keçirirö Bu, Londandakı Olimpiya oyunlarına harlığın maliyyələşdirilməsinin yarıbayarı azalması eməkdir. Biz əla başa düşürük ki, lazımi səviyyədə hazırlaşmaşaq, orada edəcək bir şey yoxdur”, - Aldons Vrublevskis bildirib.

Aldons Vrublevskis bəyan edib ki, LOK həmvətənlərin diqqətini probelmə yönəltmək üçün onlara müraciət etmək niyyətindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar