Latsio Lorik Cana ilə müqavilə imzaladı
17 İyul 2011 Bazar 01:28
Latsio Lorik Cana ilə müqavilə imzaladı. Albaniya millisinin oyunçusu ilə sövdələşmənin dəyəri açıqlanmır.
İtaliyanın “Latsio” klubu mövsümlərarası fasilədə yeddinci transferini reallaşdırıb. Klub “Qalatasaray”dan ayrılan yarımmüdafiəçi Lorik Cana ilə müqavilə imzalayıb. Sövdələşmənin dəyəri açıqlanmır. Lorik Cananın əvəzinə “Latsio”dan Uruqvay millisinin qapıçısı Fernando Muslera “Qalatasaray”a verilib.

Bu ay 28 yaşı tamam olacaq Lorik Cana Albaniypa millisində çıxış edir. O, “Pari Sen-Jermen”in yeniyetmələr akademiyasının yetirməsidir. Futbolçu 2005-ci ildə Marselin “Olimpik” klubuna keçib və dörd mövsüm orada çıxış edib. O, sonradan bir il İngiltərənin “Sanderlend” klubunun şərəfini qoruyub və ötən ay “Qalatasaray”a gedib. Lorik Cana ötən ay EURO-2012-nin seçmə mərhələsi çərçivəsində Albaniya millisinin Bosniya və Hersoqovinaya məğlub olduğu qarşılaşmada 50-ci dəfə millinin formasını geyinib.

İtaliya çempionatında beşinci yeri tutan “Latsio” UEFA Avropa Liqasına vəsiqə qazanıb. Roma klubu mövsümlərarası fasilədə Miroslav Kloze, Cibril Sisse, Federiko Marketti, Abdulay Konko, Senad Luliç və Maryus Stankyaviçyusu heyəti qatıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar