“Latsio” “İnter”i məğlub etdi
04 Dekabr 2010 Şənbə 02:45
Roma klubu xallarının sayını lider “Milan”a çatdırdı
Romanın “Latsio” klubu öz meydanında İtaliyanın futbol üzrə hazırkı çempionu “İnter”i məğlub edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qəğbəsi ilə başa çatıb.

“Latsio”nun qollarını Cüzeppe Byava (29-cu dəqiqə), Mauro Sarate (52-ci dəqiqə) və Ernanes (89-cu dəqiqə) vurub. “İnter” isə Qoran Pandevin 74-cü dəqiqədə vurduğu qolla təsəlli tapmağa çalışıb.

Bu qələbədən sonra “Latsio” çempionatdakı xallarının 30-a çatdırıb və bu göstərici ilə lider “Milan”la bərabərləşib. Amma “Milan” bir oyun az keçirib və 15-ci tur çərçivəsində bu gün “Breşiya” ilə qarşılaşacaq.

“İnter” isə “Latsio”ya məğlub olduqdan sonra turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar