Lans klubunda sevinc
17 May 2014 Şənbə 11:46
Lans klubu 3 mövsümdən sonra yüksək liqaya qayıdır.
“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi "Lans" klubu Fransa ikinci liqasında mövsümün son matçına çıxıb.

ANS PRESS-in məlumatına görə, "Land of Fire Azerbaijan" formalı komanda 38-ci turda səfərdə "Bastiya" ilə qarşılaşıb.

"Lans" autsayderlə görüşdə 2:0 hesabı ilə qalib gəlməklə turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və Fransanın yüksək liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Anton Kambuarenin komandası 2011-ci ildə ikinci liqaya düşmüşdü.



DOSTLARINLA PAYLAŞ:

oyunlar