Kurban Berdiyev Ruslan Abışovu danladı
19 Aprel 2013 Cümə 20:06
Futbolçumuz "Rubin"in əsas heyətində "Amkar"a qarşı matçda meydana çıxsa da inamsız təsir bağışlayıb.
Yığmamızın futbolçusu Ruslan Abışov Kazanın "Rubin" klubunun əsas heyətində debüt edib. ANS PRESS-in məlumatına görə, futbolçumuz "Amkar"la oyunun start heyətində meydana çıxaraq 90 dəqiqə əvəzedilmədən oynayıb.

Qarşılaşmaya gəlincə hesab 1:1 olub. "Rubin" oyunun əvvəlində hesabda irəli keçsə də sonda qələbəni əldən verib. Ruslan Abışovun yer aldığı müdafiə xətti matçın sonlarında inamsız təsir bağışlayıb.

Kazan təmsilçisinin müdafiə xəttinin futbolçuları yorularaq rəqibə ardıcıl fərqlənmək imkanı yaradıblar. "Rubin"in baş məşqçisi oyunun sonunda müdafiə xəttində yer almış futbolçuları tənqid edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar