Kunq-fu üzrə Azərbaycan yığması Dünya çempionu oldu
22 Oktyabr 2010 Cümə 15:05
Türkiyənin Kayseri şəhərində kunq-fuçular mübarizə aparıblar.
Türkiyənin Kayseri şəhərində kunq-fu üzrə Dünya çempionatı keçirilib. Yarışda ümumilikdə 320 idmançı mübarizə aparıb.

Turnirdə ümumilikdə ev sahibi Türkiyə, Azərbaycan, Rusiya, Tacikistan, İran, İraq, Hindistan, Qırğızıstan, Küveyt, Qazaxıstan, Gürcüstan və Hollandiyadan olan idmançılar mübarizə aparıblar.

Dünya çempionatının komanda yarışında Azərbaycan yığması qızıl medal qazanıb. İkinci yeri ev sahibi Türkiyə, üçüncü pilləni isə Küveyt kollektivi tututb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar