Kubalıvoleybolçu Azərbaycanda çıxış edəcək
07 Fevral 2011 Bazar Ertəsi 14:15
“İqtisadçı” Yaim Ortis Çarro ilə razılığa gəlib
Qadın voleybolçulardan ibarət Azərbaycanın “İqtisadçı” klubu növbəti transferini reallaşdırıb. ANS PRESS-in “Azerivolley.com” saytına istinadən verdiyi məlumata görə, klub Yaim Ortis Çarro ilə razılığa gəlib. Kubalı voleybolçunun çıxış etdiyi son klub “Omiçka” kollektivi olub.

Xatırladaq ki, Ortis Çarro Kuba yığmasının heyətində son Olimpiya Oyunlarında çıxış edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar