Kristof Daum Fənərbaxçadan getdi
26 İyun 2010 Şənbə 01:30
Kristof Daum: ““Fənərbaxça” hər zaman həyatımın bir parçası olub və həmişə belə də qalacaq”.
Türkiyənin “Fənərbaxça” klubu Kristof Daumla yollarını ayırıb. Klubun yaydığı açıqlamada bildirilir ki, baş məşqçi Kristof Daus və köməkçisi Roland Koçla aparılan danışıqlar nəticəsində onların klubla olan müqavilələri ləğv edilib: “Hökmətli Daum və hörmətli koça bu günə qədərki fəaliyyətləri və xidmətlərinə görə təşəkkür edirik”.

Klub rəhbərliyi ilə danışıqlardan sonra jurnalistlərə açıqlama verən Kristof Daum bildirib ki, müqavilənin ləğvi ilə bağlı qarşılıqlı razılaşma əldə edilib: ““Fənərbaxça” hər zaman həyatımın bir parçası olub və həmişə belə qalacaq. Ona görə də kəlmələri tapmaqda çətinlik çəkirəm. “Fənərbaxça” dünyanın ən böyük futbol klublarından biridir. Bundan sonra “Fənərbaxça” barəsində yaxşı şeylərin danışılmasını istəyirəm. Kluba, tərəfdarlara və klub preidentinə uğurlar arzulayıram. Onların hər cür uğura layiq olduqlarını düşünürəm. Bundan sonra önəmli olan “Fənərbaxça”nın gələcəyidir”. Kristof Daum onu da deyib ki, hələlik heç bir planı yoxdur.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, “Fənərbaxça” klubu Kristof Dauma 2,3 milyon avro təzminat ödəyəcək. Hələlik komandaya Aykut Kocaman başçılıq edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar