Kriştianu Ronaldu Türkiyədə
19 İyun 2011 Bazar 03:10
“Beşiktaş” prezidentinin qonağı olan ulduz futbolçu Kriştianu Ronaldu və sevgilisi Türkiyədə istirahət edəcəklər.
“Real”ın və Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldu “Beşiktaş” klubunun prezidenti Yıldırım Demirörenin dəvəti ilə Türkiyəyə səfər edib. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, İstanbula xüsusi təyyarə ilə gedən məşhur futbolçu azarkeşlər üçün imza mərasiminin keçirilməli olduğu İstiqlal ticarət mərkəzinə helikopterlə uçub. O və Yıldırım Demirören ticarət mərkəzindəki eyvanlardan birinə çıxıblar və Kriştianu Ronaldu İstiqlal prospektinə toplaşan minlərlə azarkeşə əl edib.
Jurnalisğlərə açıqlama verən Kriştianu Ronaldu deyib ki, Türkiyədə olmaqdan xoşbəxtdir və bu ölkədə böyük azarkeş ordusunun mövcudluğu onu məmnun edir. Məşhur futbolçu nə vaxtsa Türkiyədə forma geyməsi ehtimalına da toxunub və deyib ki, hələ gəncdir, qarşıda çox illər var.
Onu da qeyd edək ki, azarkeşlər futbokalarını Kriştianu Ronalduya imzalatdıra bilməyiblər. Təhlükəsizlik baxımından imza mərasimi təxirə salınıb və məşhur futbolçu yalnız eyvandan əl etməklə kifayətlənib. Amma azarkeşlər bununla kifayətlənməyiblər. Onlar tədbirin təşkilatçılarına etirazlarını bildiriblər, təhlükəsizlik qüvvələri ilə vətəndaşlar arasında toqquşmalar baş verib.
Kriştianu Ronaldunun rusiyalı sevgilisi İrina Şeyklə birlikdə Bodrumda istirahət edəcəyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: