Kriştianu Ronaldu qol vurdu…və qırmızı kart gördü
06 Dekabr 2009 Bazar 02:20
Hakim portuqaliyalı futbolçuya komanda yoldaşları ilə qələbə sevinci yaşamaq imkanı verməyib
İspaniya çempionatının son turunda “Real” öz meydanında “Almeriya”nı qəbul edib. Oyun “Kral klubu”nun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri 31-ci dəqidə Serxio Ramosun qolu ilə irəliyə çıxıblar. Lakin qonaqlar madridlilərin qoluna ikinci hissədə iki qolla cavab veriblər-Soriano və Uçe fərqlənib. 73-cü dəqiqədə İquain hesabı bərabərləşdirib, təxminən 10 dəqiqə sonra isə Kərim Benzema “Real”ı yenidən hesabda irəli çıxarıb. Oyunda sonuncu qolu Kriştianu Ronaldu vurub. Lakin hakim portuqaliyalı futbol ulduzunun komanda yoldaşları ilə qələbə sevinci yaşamasına imkan verməyib. 88-ci dəqiqədə Kriştianu Ronaldu qırmızı kartla meydandan qovulub.
Bu xoşagəlməz hadisəyə baxmayaraq, “Real” hesabına daha bir qələbə əlavə edib və “Barselona” ilə arasında xalq fərqini üçədək azalda bilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: