Kriştiano Ronaldonun qolları “Real”a qələbə gətirdi
31 Oktyabr 2010 Bazar 03:05
Kriştiano Ronaldonun qolları “Real”a qələbə gətirdi. Hesabda geri düşən “Kral klubu” oyunda dönüş yaratmağı bacardı.
Madridin “Real” klubu futbol üzrə İspaniya çempionatında səfərdə “Erkules”ə qalib gəlib. Oyun “Real”ın 1:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk qolu meydan sahibləri vurublar. Fransa millisinin keçmiş oyunçusu David Terezege “Real”ın qapıçısı İker Kasilyası məyus edib. Lakin hesabda geri qalan “Kral klubu” Anxel Di Mariyanın qolu və Kriştianu Ronaldonun dublu ilə oyunda dönüş yaratmağı və qalib gəlməyi bacarıb.

Doqquz oyundan sonra 23 xal qazanan “Real” turnir cədvəlinə vahid liderliyi davam etdirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar