Krespo “Yuventus”a gəlir?
16 Yanvar 2010 Şənbə 12:25
Kresponun agenti isə məsələdən xəbərsizdir.
Son zamanlar İtaliya mətbuatında “Cenoa”nın forvardı argentinalı Ernan Kresponun Turinin “Yuventus” klubuna keçmə ehtimallarının olmasına dair şayiələr artmağa başlayıb.

“Tuttosport”un bugünkü buraxılışında yazılanlara görə, sözügedən transfer yaxın vaxtlarda həyata keçəcək. Lakin argentinalının agenti Fernando İdalqo bu mövzu ilə bağlı başqa fikirdədir.

"Mən Kresponun “Yuventus”a transferi ilə bağlı heç nə bilmirəm, heç kim bu məsələ ilə bağlı mənimlə əlaqə saxlamayıb, lakin “Cenoa” mənim icazəm olmadan da, digər klublarla danışıqlar apara bilər”, - deyə o bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar