Kral klubu finalın bir addımlığında
06 Fevral 2014 Cümə Axşamı 01:35
“Real Madrid" və "Atletiko" Madrid arasında keçirilən qarşılaşmada 2 avtoqol vurulub
Futbol üzrə İspaniya kubokunun yarımfinalında üz-üzə gələn “Real Madrid" və "Atletiko" Madrid arasında keçirilən oyunda ev sahibi qalib gəlib.
ANS PRESS-in məlumatına görə, 3 cavabsız qolla qalib gələn "Kral klubu"nun qollarının ikisi avtoqol olub.

Belə ki, qarşılaşmanın 17-ci dəqiqəsində Emiliano İnsuaya toxunan top qapıçını çaşdıraraq qapıya girib. 57-ci dəqiqədə isə Xose Rodriqez fərqi 2 topa çatdırıb. Matşın 73-cü dəqiqəsində Miranda avtoqol müəllifi olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar