Korintians dünya çempionu oldu
16 Dekabr 2012 Bazar 17:32
Braziliya təmsilçisi finalda "Çelsi"ni məğlub edib.
Klublar arasında Dünya çempionu adına Braziliyanın "Korintians" klubu layiq görülüb. ANS PRESS-in məlumatına görə, final qarşılaşmasında Braziliya təmsilçisi "Çelsi" ilə üz-üzə gəlib. London təmsilçisinin qapısından qolu Qerroro keçirib. "Çelsi" qarşılaşmasının bitməsinə 5 dəqiqə qalmış Fernando Torreslə fərqlənməyə yaxın olsa da bu bir nəticə verməyib. Bu titul Braziliya təmsilçinin sayca ikinci Dnya klubları çempionluğu olub. Qeyd edək ki, turnirdə üçüncü yerə Misirin "Əl-Əhli" klubunu 2:0 hesabı ilə məğlub edən Meksikanln "Monterrey" klubu sahib çıxıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar