Koreyalılar "Baku Fires"i dayandırmaq istəyir
18 Fevral 2011 Cümə 18:08
Mars Kuçkaryov: "Turnir cədvəlində sonuncu yeri tuturuq, bizə mütləq qələbə gərəkdir"
Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində WSB liqasında mübarizə aparan “Baku Fires” və “Pohang Poseidons” klubunun rəsmilərinin və idmançılarının iştirakı ilə mətbuat konfransı keçirilib. Görüşün supervayzeri yarış haqda qısa məlumat verdikdən sonra idmançılar çəkilərinin müəyyənləşdirilməsi prosesinə dəvət olunub.
Qeyd edək ki, komandamızın heyətində Maqomed Əbdülhəmidov (54 kq), Semyon Qrivaçyov (61 kq), Osman Əliyev (73 kq), Rizvan Əlimuradov (85 kq) və Əbdülkadir Abdullayev (91+kq) mübarizə aparacaq. Koreya klubu isə döyüşə Lukaş Maşçik (54kq), Bahodirjon Sultonov (61 kq), Viktor Kotijanski (73 kq), Abdelxafid Bençab (85 kq) və Çouaib Bulodinasla (91+kq) çıxacaq.
Koreya klubunun baş məşqçisi Mars Kuçkaryov “Baku Fires”lə döyüş barədə danışaraq komandamızın qələbə yürüşünü dayandırmağa çalışacaqlarını bildirib: “Turnir cədvəlində sonuncu yeri tuturuq. Odur ki, bizə mütləq qələbə gərəkdir”.
Xatırladaq ki, “Baku Fires” - “Pohang Poseidons” qarşılaşması sabah baş tutacaq.
DOSTLARINLA PAYLAŞ: