Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə FİFA Konfederasiyalar Kuboku bu gün start götürür. Kubokun açılış matçında meydan sahibi Cənub Afrika ilə Asiya Çempionu İraq qarşılaşacaq.
Cəmi 8 komandanın mübarizə aparacağı çempionatda komandalar hərəsində 4 komanda olmaqla 2 qrupda çıxış edəcək.
Konfederasiyalar Kubokunda A qrupunun ilk sırasında avtomatik olaraq meydan sahibi ölkə Cənubi Afrika Respublikası yer alır. Ev sahibi ölkə ilə yanaşı bu qrupda Braziliya (2007 Amerika Çempionu), İtaliya (2006 Dünya Çempionu) və İspaniya (2008 Avropa Çempionu) milli komandaları da mübarizə aparacaqlar.
B qrupunda isə Misir, (2008 Afrika Millətlər Çempionu), İraq (2007 Asiya Çempionu), Yeni Zellandiya, (2008 Okeaniya Çempionu) və ABŞ (CONCACAF Qızıl Kubok Çempionu) milli komandaları yer alır.
2009 FİFA Konfederasiyalar Kubokunun oyunları Cənubi Afrika Respublikasının 4 şəhərindəki 4 stadionda keçiriləcək:
Yohannesburq / Coca-Cola Park stadionu, azarkeş tutumu 62 min 567 nəfər
Pretoria (Tshvane) / Loftus Versfeld Stadionu, tutumu 50 min
Bloemfontein (Mangaung) / Vodacom Park, tutumu 48 min
Rustenburq (Royal Bafokenq Stadionu, 42 min
2009 FIFA Konfederasiyalar Kubokunun matçlarının təqvimi belədir:
A Qrupu:
14 İyun
Cənubi Afrika - İraq (Coca-Cola Park, Yohannesburq)
Yeni Zellandiya - İspaniya (Royal Bafokenq Stadionu, Rustenburq)
17 İyun
İspaniya - İraq (Vodacom Park, Bloemfontein)
Cənubi Afrika - Yeni Zellandiya (Royal Bafokenq Stadionu, Rustenburq)
20 İyun
İraq - Yeni Zellandiya (Coca-Cola Park, Yohannesburq)
İspaniya - Cənub Afrika (Vodacom Park, Bloemfontein)
B Qrupu:
15 İyun
Braziliya - Misir (Vodacom Park, Bloemfontein)
ABŞ - İtaliya (Loftus Versfeld Stadionu, Pretoria)
18 İyun
ABŞ - Braziliya (Loftus Versfeld Stadionu, Pretoria)
Misir - İtaliya (Coca-Cola Park, Johannesburq)
21 İyun
İtaliya - Braziliya (Loftus Versfeld Stadionu, Pretoria)
Misir - ABŞ (Royal Bafokenq Stadionu, Rustenburq)
Qrup mərhələsində keçirəcəkləri 3 matçdan sonra ilk iki sıranı tutan komandalar FİFA Konfederasiyalar Kubokunda yarıfinala vəsiqə qazanacaqlar. Yarımfinalda A qrupunun qalibi ilə B qrupunun 2-ci komandası, B qrupunun qalibi ilə A qrupunun 2-ci komandası ilə qarşılaşacaq. İlk yarımfinal matçı (A qrupunun qalibi ilə B qrupunun 2-ci) 24 İyunda Bloemfonteindəki Vodacom Park stadionunda, ikinci yarımfinal matçı isə (B qrupunun qalibi A qrupu 2-ci) Yohannesburqdakı Coca-Cola Park stadionunda baş tutacaq.
Konfederasiyalar Kubokuna iyunun 28-də Johannesburq şəhərindəki Coca-Cola Park stadionunda keçiriləcək final qarşılşaması ilə yekun vurulacaq. /ANS PRESS/