Ötən gün Cənubi Afrika Respublikası və İraq yığmalarının qarşılaşması ilə Konfederasiya Kuboku-2009 turniri start götürüb. Cənubi Afrikada keçirilən bu yarış 2010-cu ilin Dünya Çempionatı üçün əss məşq sayılır.
Turnirdə adətən altı qitə çempionatının qalibi (İspaniya, Yeni Zellandiya, Braziliya, ABŞ, Misir), dünya çempionu (İtaliya) və yarışa ev sahibliyi edən ölkə (CAR) iştirak edir. Ümumi mükafat fondu 17,6 milyon dollar olan yarışın CAR-da böyük maraq doğurur. İndiyədək müxtəlif oyunlara 450 min bilet satılıb.
Turnirin ilk günü “A” qrupunda iki oyun keçiilib:
CAR-İraq 0:0
İspaniya-Yeni Zellandiya 6:0.
Bu gün “B” qrupunda daha iki oyun keçiriləcək:
Braziliya-Misir
ABŞ-İtaliya.
Qeyd edək ki, turnirdə komandalar iki qrupda mübarizə aparır. Hər qrupda üç oyun keçiriləcək və sonuncu qrupp qarşılaşması iyunun 21-də olacaq. /ANS PRESS/