Komandası Ronaldonu hava limanında unutdu
30 İyun 2012 Şənbə 05:09
Ronaldo bu səhlənkarlığa görə Donetsk hava limanında bir neçə saat vaxtını itirməli olub.
Portuqaliya milli komandası “EURO 2012” ilə yarımfinalda vidalaşdığı zaman Ronaldonu Ukraynada unudub. Məlumata görə, Donetsk hava limanında kofe almağa gedən Kristiano Ronaldo geri qayıdanda sürprizlə qarşılaşıb. Ulduz futbolçu milli komandanı aparacaq təyyarənin onu gözləmədən havaya qalxdığını görüb.

Ronaldonun təyyarədə olmadığı uzun müddət başa düşülməyib. Bir müddət sonra isə Ronaldonun olmadığını görən baş məşqçi Paulo Bento təyyarəni geri qaytarıb. Ronaldo bu səhlənkarlığa görə Donetsk hava limanında bir neçə saat vaxtını itirməli olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar