Komandamız Türkiyədən 15 medalla qayıdır
17 May 2010 Bazar Ertəsi 12:55
Qardaş ölkədə “Çempionlar” güləş turnirinə yekun vurulub.
Türkiyədə “Çempionlar” güləş turnirinə yekun vurulub. Yarışda iştirak edən güləş yığmamız ümumilikdə 15 medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, güləş yığmamız yarışda 2 qızıl, 7 gümüş və 6 bürünc medal qazanıb. Yunan-Roma güləşçiləri Kamran Məmmədov (60 kq) və Rəsul Cunayev (66 kq) öz çəkilərində çempion adını qazanıblar.

Xatırladaq ki, komanda hesabında həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz turniri üçüncü yerdə başa vurub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar