Komandamız ispanların qəniminə çevrilib
08 Oktyabr 2010 Cümə 11:15
19 yaşlı futbolçularımız “Xeres”in ardından “Kadiz”ə qalib gəlib.
19 yaşadək futbolçulardan ibarət yığma komandamız Avropa çempionatının ilkin seçmə mərhələsinə İspaniyada hazırlaşır.

AFFA-dan verilən məlumata görə, komandamız hazırlıq məqsədilə İspaniyanın “Kadiz” klubunun U-19 komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Xatırladaq ki, komandamızın heyətində Tərlan Quliyev və Elnur Abdulov fərqlənib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar